Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub.
FED.az xəbər verir ki, İlham Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsinə təyin edilib.
Eləcə də bax:Beynəlxalq Bankda – YENİ TƏYİNAT
Qeyd edək ki, İ.Həbibullayev bundan əvvəl "Expressbank"da müxtəlif vəzifələrdə çalışıb. 2010-2017-ci illərdə "Exspressbank"ın İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən son təyinata qədər isə bankın İdarə Heyətinin sədri olub.
1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub.