Azərbaycan Beynəlxalq Bankı ASC-nin departamrnt direktorlarında birinə müavin təyin edilib.
Eləcə də bax: Beynəlxalq Bankda - Yeni Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, Eldar Xubanlı Pərakəndə bankçılıq departamentinin direktor müavini təyin edilib.
E.Xubanlı bu vəzifəsinin icrasına 2020-ci ilin noyabrından başandığı bildirilir.
O, 2019-cu ilinin dekabrından “Yelo Bank” ASC-də Pərakəndə satış departamentinin direktor vəzifəsində çalışırdı.
2014-2017-ci illər ərzində “Dəmir Bank” ASC-də, 2017-2019-cu (sentyabrına qədər) “Expressbank” ASC-də və 2019-cu ilin oktyabr-dekabr ayları ərzində isə “Bank Respublika” ASC-də müxtəlif vəzifələrdə çalışıb.