Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin 1-ci rübü üzrə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin ilk 3 ayı ABB üçün uğurlu olub - bank sürətli böyüyüb, kredit portfeli artıb, gəlirləri və mənfəəti yüksəlib. Beləliklə,
Bank bütün istiqamətlərdə böyüyüb
2026-cı ilin ilk 3 ayında Azərbaycan Beynəlxalq Bankının aktivləri 14 milyard 310 milyon manatı keçib. İlin əvvəlindən bəri aktivlər təqribən 700 milyon manat artıb.
Əsas artım kredit portfelinin və nağd vəsaitlərin payına düşüb. Hazırda ABB-nin hesablarında 3,2 milyard manatlıq nəhəng vəsaitlər toplanıb. ABB-nin qiymətli kağızlara yatırımları da təqribən bu həddədir – 2,9 milyard manat. Başqa banklarda yerləşdiirlən depozitlər isə 125 milyon manat artaraq 612 milyon manatı keçib.
Kredit portfelində yeni rekord
2026-cı ilin 1-ci rübünün sonunda ABB-nin kredit portfeli rekord həddə çatıb – 7 milyard 158 milyon manat. İlk 3 ayda kredit portfeli 80 milyon manat böyüyüb. Ənənəvi olaraq ABB-nin kredit portfelinin yarıdan çoxu biznes kreditinin payına düşür – 3 milyard 527 milyon manat. İstehlak kreditəri də artaraq 2 milyard 64 milyon manata yüksəlib. Nəhayət, ABB-nin lider olduğu daşınmaz əmlak kreditləri portfeli bir qədər də böyüyərək 1 milyard 567 milyon manata çatıb.
Depozit portfeli – 9 milyard manat!
ABB-nin sürətlə böyüməsi onun öhdəliklərinin də artmasına səbəb olub – ilin əvvəlindən bu rəqəm daha 600 milyon manat artaraq 1-ci rübün sonuna 12 milyarld manatı keçib. Öhdəliklərin əsas hissəsini təşkil edən bank depozitlərinin ümumi həcmi 9 milyard manatı keçib. Təkcə son 3 ayda depozitlər 120 milyon manat artıb. Bankda əhalinin əmanətləri 160 milyon manat artaraq 3,5 milyard manatı keçib, hüquqi şəxslərin depozit portfeli isə 5,5 milyard manat olub.
ABB-nin Mərkəzi Bank qarşısındakı öhdəlikləri 472 milyon manat, digər banklar qarşqısında öhdəlikləri isə 1 milyard 648 milyon manat olub.
Cəmi kapital 2,3 milyard manata yüksəlib
Hesabat dövründə ABB-nin kapital artımı da davam edib. İlk rübdə bankın cəmi kapitalı daha 90 milyon manat artaraq 2 milyard 290 milyon manata yüksəlib. Nizamnamə kapitalı 1 milyard 281 mlyon manatlıq həddə dəyişməyib, əvəzində bankın bölüşdürülməmiş mənfəəti və ehtiyatları birlikdə 1 milyard manatı adlayıb.
Ayda 143 milyon manat gəlir!
Sürətli böyümə, aktivlərin və krediti portfelinin artımı ABB-nin gəlirlərini də yüksəldib. 2026-cı ilin ilk 3 ayında bankın ümumi gəlirləri 430 milyon manatı keçib, bu ayda 143 milyon manat deməkdir. 1-ci rübdə bankın faiz gəlirləri 295 milyon manat olub, bu 2025-ci ilin eyni dövrünə nisbətən təqribən 40 milyon manat artıqdır.
Byüyən kredit portfeli bankın kredit faizindən gəlirlərini də artırıb. Faiz gəlirlərinin 232 milyon manatını kredit faizləri təşkil edir (40 milyon manat artım). Qiymətli kağızlardan isə ABB rüb ərzində 45 milyon manat əldə edib.
Bankın faiz xərcləri də təqridən 24 milyon manat artaraq 107 milyon manata yüksəlib. Hesabat dövründə bankdakı depozitərin sahiblərinə 75 milyon manat faiz ödənilib – 8 milyon manat və ya 12% artım. Nəticədə hesabat dövründlə xalis faiz gəliri 180 milyon manata yüksəlib. Ötən il bu rəqəm 170 milyon manat idi.
Qeyri-faiz gəlirlərində 75% artım!
Hesabat dövründə ABB-nin qeyri-faiz gəlirləri 75% artaraq ötənilki 77 milyon manatdan 135 milyona yüksəlib. Bu dövrdə bankın müştərilərinin aktivliyini göstərən haqq və komissiya gəlirləri 40% artaraq ötənilki 52 milyondan 74 milyon manata yüksəlib. Bank valyuta əməliyyatlarından 15 milyon manat, digər gəlirlər kimi isə 45 milyon manat gəlir əldə edib.
Əmək haqlarında 17 milyon manat böyümə
Hesabat dövründə ABB-nin qeyri-faiz xərcləri də artıb. Bu məqsədlə bank 159 milyon manat xərcləyib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29 milyton manat artıqdır. 1-ci rübdə ABB-nin əmək haqqı fondu 64 milyon manat çatıb – bu 17 milyon manat və ya 35% artım deməkdir.
110 milyon manat xalis mənfəət
Gəlir və xərc əməliyatlarının yepkunu olaraq bu ilin 1-ci rübündə bankın əməliyyat mənfəəti 156 milyon manata çatıb. Bu ötən ildən 40 milyon manat artıqdır (117 milyon manat olmuşdu). 22 milyon manat mənfəət vergisi ödənişindən sonra bankın xalis mənfəəti 110 milyon manat olub. Bu ötən illə müqayisədə 55 milyon manat və ya 85% artıqdır.









![[red]Azərbaycan Beynəlxalq Bankı sürətlə böyüyür – MƏNFƏƏTİNİ İKİQAT ARTIRIB – HESABAT[/red] | FED.az](upload/news/small/1795745.jpeg)
![[red]Azərbaycan Beynəlxalq Bankı sürətlə böyüyür – MƏNFƏƏTİNİ İKİQAT ARTIRIB – HESABAT[/red] | FED.az](upload/news/small/4442178.png)
![[red]Azərbaycan Beynəlxalq Bankı sürətlə böyüyür – MƏNFƏƏTİNİ İKİQAT ARTIRIB – HESABAT[/red] | FED.az](upload/news/small/4040109.png)
![[red]Azərbaycan Beynəlxalq Bankı sürətlə böyüyür – MƏNFƏƏTİNİ İKİQAT ARTIRIB – HESABAT[/red] | FED.az](upload/news/small/1059282.png)
![[red]Azərbaycan Beynəlxalq Bankı sürətlə böyüyür – MƏNFƏƏTİNİ İKİQAT ARTIRIB – HESABAT[/red] | FED.az](upload/news/small/3914902.png)









