Azərbaycan Beynəlxalq Bankı (ABB) brifinq keçirib.
ABB-nin səhmlərinə abunə yazılışı - BAŞA ÇATDI!
FED.az xəbər verir ki, brifinq bankın səhmlərinin emissiyası üzrə yekunlara həsr olunub.
Qeyd edək ki, 11 iyun-10 sentyabr 2024-cü il tarixlərində ABB-nin 322 milyon həcmində yeni emissiyası çərçivəsində səhmlərə abunə qəbul edilib. Hər bir səhmin nominal dəyəri 0,27 manatdan ibarətdir.
ABB-nin idarə heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, yeni səhmlərin tam yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalında özəl investorların payı 7,8 faizə, dövlətin payı isə 92,18 faizə enəcək.
İctimai yerləşdirmənin əsas məqsədi özəl investorlar və kiçik səhmdarları cəlb etməkdir. Bu səbəbdən bir investor üçün maksimum abunə limiti 20 min manat məbləğində 75 min səhm təşkil edir.
ABB-nin idarə heyətinin sədri Abbas İbrahimov bildirib ki, təxminən 100-150 nəfər Azərbaycan Beynəlxalq Bank (ABB) tərəfindən təklif olunan maksimal səhm paketini (400 min) satın alıb.
O əlavə edib ki, minimal səhm paketi isə təxminən 2-3 min investor tərəfindən alınıb. (Trend)