“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb.
Bu barədə FED.az-a bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.
“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını ikiqat artırır
14:33
16 Yan 2017