“ABB” ASC Pərakəndə Biznes departamentinə Kreditlərin təhlili üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
ABB-yə məxsus ATM şəbəkəsindən daxil olan kredit müraciətlərinin təhlili;
Call center vasitəsilə daxil kredit müraciətlərin təhlili;
ABB-nin rəsmi internet vasitəsi ilə daxil olmuş kredit müraciətlərin təhlili;
Uyğun müraciətlərin filiallarda müvafiq şəxslərə yönləndirilməsi;
Ümumi sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Namizədə tələblər:
Ali təhsil;
Analoji sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan, rus dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı;
Yüksək ünsiyyət və yazı bacarığı, telefonla danışıq aparma bacarığı
Ofis proqramlarından istifadə bacarığı: (MS Excel, MS Word, Microsoft Outlook)
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “PBD Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az