“ABB” ASC İnformasiya Texnologiyarı departamentinə Sistem inzibatçısı (System administrator) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Weblogic və WebSphere serverin development, test və real mühitlərdə yenilənməsini təmin etmək;
Weblogic və WebSphere serverin klaster mühitində qurulması və yaranacaq problemlərin aşkarlayıb aradan qaldırılması;
Yenilənmənin vendordan qəbulu və test şəraitində quraşdırılması, istehsal mühitində test yeniliklərin quraşdırılması, istehsal mühitdə sınaqdan keçmiş skriptlərin quraşdırılması;
Tapşırıqların qeydiyyatın aparılması;
Sistem resurslarının daha səmərəli istifadəsi və təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
Serverlərdə, məlumat bazasının idarəetmə sistemində və iş sahələrində proqram təminatının inteqrasiyasını təmin etmək.
Namizədə tələblər:
Ali təhsil (texniki sahə üzrə arzuolunandır);
Minimum 3 il iş təcrübəsi, (application serverlər üzrə təcrübə);
Azərbaycan, rus və ingilis dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı;
Oracle Weblogic və İBM WebSphere administrasiyası üzrə dərin biliklər, Oracle Weblogic və İBM WebSphere administrasiyası üçün vacib olan OS Unix üzrə biliklər.
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Sistem inzibatçısı (System administrator)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az