2025-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 236 milyon 161 min manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri proalı bu barədə bankın maliyyə vəziyyətinə istinadən xəbər verir.
Bu, ötən ilin sonu ilə müqayisədə 51 milyon 222 min manat və ya təqribən 27,8% artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin sonuna “Azərbaycan Beynəlxalq Bankı”nın əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 184 milyon 939 min manat olmuşdu.











