FED.az Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri, kredit və depozit göstəriciləri üzrə ilk yeri tutan Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlir mənbələrini təqdim edir.
«Premium Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
ABB bankın çoxsaylı filial şəbəkəsi, fərqli istiqamətdə layihələrdə iştirakı, biznesin bütün təbəqələrinin maliyyələşdirilməsindəki aktivliyi, eləcə də internet bankinq və bank kartları üzrə fəaliyyəti ona müxtəlif istiqamətlərdən gəlir əldə etməyə imkan verir.
Nəticədə bankın gəlirlərinin yalnız yarısı kredit faizlərindən daxil olub.
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, «Azərbaycan Beynəlxalq Bankı (ABB)»ın ümumi gəlirləri 913 milyon 597 min manat təşkil edib.
Hesabat dövründə «ABB Bank»ın gəlirlərinin böyük hissəsi – 480 milyon 209 min manatı və ya bütün gəlirlərin 53%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Bank ilk 9 ayda komissiya haqlarından 164 milyon manata yaxın gəlir əldə edib – bu bütün gəlirlərin 18%-ni təşkil edir. ABB-nin daha çox gəlirləri isə valyuta əməliyyatlarından daxil olub – 43 milyon 11 min manat. ABB valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır – ümumi gəlirlərin 5%-i.
ABB-nin daha bir böyük gəlir maddəsi qiymətli kağızlardır - bank bu sahədən 103 milyon 444 min manat gəlir əldə edib – ümumi gəlirlərin 11%-i bu sahədən daxil olub.
ABB-nin başqa banklarda saxladığı depozitlər isə ona 73 milyon 192 min manat gəlir təmin edib – bütün gəlirlərin 8%-i.
Bütün bunlardan başqa, ABB digər faiz və qeyri-faiz gəlirləri üzrə 29 milyon 734 min manat vəsait əldə edib.
Ümumiyyətlə, «Azərbaycan Beynəlxalq Bankı (ABB)»ın ümumi gəlirlərində faiz gəlirləri 75%, qeyri-faiz gəlirləri 25% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
480 209 |
53% |
QK-a investisiyadan gəlir |
163 976 |
18% |
Digər banklara depozitlərdən gəlirlər |
43 011 |
5% |
Digər banklara kreditlərdən gəlirlər |
103 444 |
11% |
Komissiya haqları |
73 192 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
20 031 |
2% |
Digər faiz gəlirləri |
9 194 |
1% |
Digər qeyri-faiz gəlirləri |
20 540 |
2% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
913 597 |
100% |