Azərbaycanın bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankı (ABB) biznes kreditlərinin şərtlərini açıqlayıb.
FED.az xəbər verir ki, ABB-nin Korporativ biznes departamentinin direktoru Ülvi Qasımovun sözlərinə görə, bankı müştərilərə fərdi yanaşır: «Layihənin miqyasından, müştərinin ABB ilə uzunmüddətli tərəfdaşlığından, risk dərəcəsindən və s. kimi amillərdən asılı olaraq kredit faizlərimiz də dəyişə bilər».
Ümumilikdə isə ABB-də biznes kreditləri 1 aydan 84 ayadək müddətə, manatla 5% dərəcəsindən başlanan faizlərlə və ödəniş forması annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında verilir.
Qeyd edək ki, ABB manatla öz vəsaiti ilə yanaşı, Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun da müvəkkil bankıdır və bizneslərə bu təşkilatların vəsaitləri hesabına da kreditlər ayırır.
«Yeni layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran, akkreditiv, qarantiya və digər belə sənədli əməliyyatlarla bağlı dəstəyə ehtiyacı olan hər bir iş adamı ABB-yə müraciət edə bilər. Biz filiallarımızın hər birində böyük məmnuniyyətlə biznes layihələrini qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq»-deyə ABB rəsmisi bildirib.