Azərbaycanda bankların müştəri bazasının həcmi tarixi maksimumuna qovuşur.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın 1 mart 2019-cu il tarixinə olan hesabatında deyilir.
Ölkənin bank müştərilrəinin ümumi sayı hesabat dövründə həm hüquqi və həm də fizki şəxlərinin cəmi 7 milyon 98 mini keçib. Bu da 1 ay ərzində 4%, il ərzində isə 20% böyümə deməkdir.
Eləcə də bax: Problemli kreditlərin həlli borcluların korlanmış kredit tarixçəsini düzəldəcəkmi?
Müştəri bazasının 6 milyon 989 min nəfər fiziki şəxlər olub ki, bunlarında 284 min nəfəri sahibkarlıqla məşğul olan şəxlərdir. Fiziki şəxlərin hazırda cəmi bank hesablarındakı payı 98,46%-dir. Ötən ilin eyni dövründə bu rəqəm 98,48% idi.
Hüquqi şəxslərin bank hesablarının sayı hazırda 109 min ədəddən çoxdur.