Yeni İl bayramı ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstrərən 30 bankdan bir neçəsi sərfəli şərtlərlə kredit və digər bank xidmətləri təklif edir.
Eləcə də bax: 2020-ci ildə bankirlərə - NƏ HƏDİYYƏ ETMƏK OLAR?
FED.az Yeni İl bayramı ilə əlaqədar kampaniya təklif edən bankları təqdim edir.
“Accessbank”
İstehlak krediti əldə etmək istəyən müştərilər üçün “AccessBank”dan ilin son fürsəti! 30000 manatadək krediti 36 aya qədər, illik 16.5% faiz dərəcəsi ilə və 0% komissiya ilə əldə edə bilərsiniz. Fürsətlər bununla da bitmir! Belə ki, 15000 manatadək krediti zaminsiz ala bilərsiniz.
“AFB Bank”
AFB Bankda Sərfəli Qış Kampaniyası. Bank nağd pul kreditinin illik faiz dərəcəsini 2% endirib. Bundan başqa kredit 0%-lik komissiya ilə təklif olunur. 20 min manatadək nağd krediti illik 16% əldə etmək mümkündür.
“Ata Bank”
“Ata Bank” “Yeni ilə iPhone ilə” kampaniyasını davam etdirir. Belə ki, bankın Yeni İl kampaniyasında iPhone 11, Pro və Pro Max, İsma Bike,Uludağ, Şri-Lanka, Şarm-Əl-Şeyx və Dubayın 5 ulduzlu otellərində istirahət etmək imkanı var. Bu hədiyyələrdən qazanmaq üçün 31 dekabra qədər banka əmənət yerləşdirmək lazımdır.
Eləcə də bax: Azərbaycanın ən bahalı - YENİ İL MƏCLİSLƏRİ- SİYAHI – QİYMƏTLƏR
Azərbaycan Beynəlxalq Bankı
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədar olaraq xüsusi kampaniya təklif edir.
Yanvarın 15-dək davam edəcək kampaniya dövründə Azərbaycan Beynəlxalq Bankından Tamkart sifariş vermiş müştərilər kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% kəşbək qazanacaqlar. Üstəlik, 5 illik Tamkart Classic kartı kampaniya zamanı müştərilərə pulsuz, Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə xidmət haqqında 50% endirimlə veriləcək.
“Azər Türk Bank”
Qış kampaniyasına start verən banklardan biri də “Azər Türk Bank”dır.
31 yanvar 2020 tarixinə qədər zaminlə 25 000 manat, zaminsiz 15 000 manat nağd krediti 16%-dən əldə etmək ümükündür. 21 aydan 48 ayadək kreditin aylıq ödənişini təyin edilən vaxtda və məbləğdə ödəyin, hər ay hesabınıza 1.5% CashBack qazanın!
“Bank of Baku”
“Bank of Baku” hər kəs üçün, təqaüdçülər, dövlət və ya özəl şirkətlərdə çalışan şəxslər rəsmi gəlirinin 20 misli qədər 30 min manatadək 48 aylıq kredit təklif edir.
Üstəlik, kredit alan şəxslər, eyni zamanda, “İNDİ AL, 2020-də ÖDƏ!” kampaniyasından faydalanaraq, kredit üzrə əsas borc ödənişinə 2020-ci ildən başlayacaq.
“Bank Respublika”
“Bank Respubliaka” iş adamları üçün faizləri dondurduq şüarı ilə əla Yeni İl kampnaiyasına başladıb. Belə ki, dekabrn 31-dək gəlib mikro kreditləri 11%-dən başlayan 0% komissiya ilə əldə etmək mümkündür.
“Bank Respublika”
Dekabr ayının 30-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri 100% komissiyasız və illik 16%-dən başlayan SƏRFƏLİ faiz dərəcəsilə təklif olunacaq.
Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılıolaraq, 20 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər. Qeyd edək ki, Bank Respublikada kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.
“Bank VTB Azərbaycan”
Bank müştərilərinə planlarını gələn ilə saxlamamağı tövsiyyə edir. Bank 10% 10 min manatadək nağd pul krediti təklif edir. Aşağı faiz dərəcəsi ilk üç ay müddətində - 25 noyabr 2019-cu ildən 25 fevral 2020-ci ilədək qüvvədədir.
“Expressbank”
Bank Yeni İl bayramı ilə əlaqədar olaraq faizsiz taksit kartı olan Smilecard ilə istənilən yerdə ödəniş edib, xərclədiyiniz məbləği 6 (6% komissiya ilə) və ya 12 aya (12% komissiya ilə) ödəyə bilərsiniz. Alış-veriş zamanı xərclənən məbləğdən 30%-dək cashback geri qaytarılacaq. Smilecard ilə ödənişi nəinki faizsiz, tam komissiyasız etmək istəyənlər üçün də fürsət var.
“Unibank”
“Unibank” yeni il hədiyyəsi olaraq bonusları hədiyyələrə çevirmək imkanı verir. Belə ki, bankın “Unibank mobile” tətbiqini yükləyib bonuslar qazanıb daha sonra o bonusları hədiyyələrə çevirmək olar. Bundan başqa bank bir çox mağazalarla əməkdaşlığı çərçivəsində müştərilərinə 20% güzəşt almağına imkan yaradır.
Eləcə də bax: Yeni ildəki qeyri-iş günləri ilə bağlı - DAHA BİR AÇIQLAMA