Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 mlrd. 651,5 mln. manat və ya 2,34 dəfə azalaraq 2017-ci ilin oktyabrın 1-nə 2 706,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ilin avqust ayı ilə müqayisədə sentyabrda bankların xarici borclanması 3 mlrd. 721,8 mln. manat və ya 2,37 dəfə azalıb.
Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin sentyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 4 mlrd. 518,3 mln. manat və ya 2,7 dəfə azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin oktyabrın 1-nə 5 268,2 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 397,3 mln. manat və ya 36,09% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin avqust ayı ilə müqayisədə sentyabrda 1 mlrd. 318,4 mln. manat və ya 33,37%-lik artım baş verib.
Qeyd edək ki, xalis xarici aktivlərdəki dəyişikliklər "Azərbaycan Beynəlxalq Bankı" ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır.
APA