Azərbaycan banklarının xarici öhdəlikləri artıb.
Eləcə də bax: Mərkəzi Bank valyuta ehtiyatlarının yeni - MƏBLƏĞİNİ AÇIQLADI
FED.az Mərkəzi Banka (AMB) yə istinadən xəbər verir ki, bu ilin 8 ayında Azərbaycanda bankların xarici öhdəlikləri 1 521,6 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 17,37% az olsa da ötən ayla müqayisədə 3.42% çoxdur.
Bankların xarici öhdəlikləri ilin əvvəli ilə müqayisədə isə 20.46% azalıb. Belə ki, ilin əvvəlində borc -1913.1 milyon manat olub.