Bu ilin aprelin birinə Azərbaycan banklarının xalis kredit portfeli 22 milyard 707,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Onun da 4 milyard 513,4 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib.
Xalis kredit portfeli son bir ay ərzində 258,8 milyon manat (1,2%), ötən ilin sonu ilə müqayisədə isə 862,9 milyon manat 4%) böyüyüb.