2023-cü ilin 8 ayında bankların vergiyəqədərki mənfəəti 911,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% və ya 186,4 milyon manat daha çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında bankların vergiyəqədərki mənfəəti 725,2 milyon manat təşkil edib.