Azərbaycanda fəaliyyət göstərən bankların rəhbər heyətinə daxil olan şəxslər 2019-cu ildə çalışdıqları banklardan ümumilikdə 64 milyon manata yaxın məbləğdə bonus və digər birdəfəlik ödənişlər alıblar.
Azərbaycanda bank rəhbərlərinə ödənilən bonuslar – SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycanda bonuslarını artırlb-azaldan - BANKLAR – SİYAHI - DİNAMİKA
Azərbaycanda fəaliyyət göstərən bankların rəhbər heyətinə daxil olan şəxslər 2019-cu ildə çalışdıqları banklardan ümumilikdə 64 milyon manata yaxın məbləğdə əmək haqqı, bonus və digər birdəfəlik ödənişlər alıblar.
FED.az xəbər verir ki, bu əvvəlki illə müqayisədə 10% artıqdır. Bonuslar bankların maliyyə fəaliyyətinin nəticələrinə uyğun olaraq verilir və banklarda Müşahidə Şurası, İdarə Heyəti üzvlərini, bəzi banklarda isə departament direktorlarını da əhatə edir.
2019-cu ilin nəticələrinə görə, hazırda ölkədə fəaliyyətdə olan 26 bankdan 22-də bonus verilib.
FED.az-ın məlumatına görə, bank rəhbərliyinə ən böyük bonuslar «Paşa Holdinq»ə daxil olan banklarda – «Kapital bank» və «Paşa Bank»da verilib. Bonusların həcminə görə sonrakı yeri Azərbaycan Beynəlxalq Bankı tutur.
Rəhbərliyi ən az maaş və bonus alan banklar «Naxçıvanbank» və «Bank Melli İran»dır.
«ABF Bank», «Azər Türk Bank» və «Günay Bank»da bonuslar ümumiyyətlə ödənilməyib. Bu banklarda rəhbərlik yalnız maaş alıb.
Əvvəlki illə müqayisədə 18 bankda bonusların məbləği artıb, 5 bankda isə bonuslar azalıb.