2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının qiymətli kağızlardan əldə etdikləri faiz gəlirləri 359,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 35,7 milyon manat və ya 11%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyon manat və ya 0,1% çoxdur.
2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 358,7 milyon manat olub.
Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 323,5 milyon manat təşkil edib.