Azərbaycan banklarının öhdəlikləri artıb.
FED.az Mərkəzi Banka (AMB) yə istinadən xəbər verir ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkədə olan bankların öhdəlikləri 28 milyard 139 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda ən böyük və ən kiçik - DEPOZİT PORTFELİ OLAN BANKLAR
Bu göstərici 2018-ci illə müqayisədə 2 milyard 710 milyon manat və ya 10,6% çoxdur. Belə ki, 2018-ci ilin sonuna olan hesabatda Azərbaycanda olan bankların cəmi öhdəlikləri 25 milyard 431 milyon manat təşkil etmişdir.