2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 238 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 milyon manat və ya 34% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 178 milyon manat olub.