Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22,881.2 mln. manat olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.3% (12,421.2 mln. manat); ıı) istehlak kreditləri – 30% (6,869.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.7% (3,590.3 mln. manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%), 118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artıb. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artıb. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilib..
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil edib.