Azərbaycanın bank sektorunun kredit portfeli bu ilin 1 fevral vəziyyətinə 23 milyard 566,4 milyon manat akitvlərə malik olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 896,8 milyon manat və ya 19,8% çoxdur.
Ötən ilin 1 fevral vəziyətinə bank sektoru 19 milyard 669,6 milyon manat kredit portfelinə malik idi.
Kredit portfelinin 12 milyard 912,9 milyon manatı biznes, 7 milyard 8 milyon manatı istehlak, 3 milyard 645,5 milyon manatını isə ipoteka kreditləri təşkil edib.
Əvvəlki ilə müqayisədə biznes kreditləri 2 milyard 67,3 milyon manat və ya 19,1%, istehlak kreditləri 1 milyard 196,1 milyon manat və ya 20,6%, ipoteka kreditləri isə 633,3 min manat və ya 21% böyüyüb.