Azərbaycan banklarının kiçik sahibkarlığa ayırdığı kreditlərin həcmi dekabrın 1-nə 1 milyard 642 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 106,3 milyon manat və ya 6,9% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-də kiçik sahibkarlığa 1 milyard 535,7 milyon manat kredit ayrılmışdı.
Artım ilin əvvəlindən və son ayla müqayisədə də davam edib. Ötən ilin sonuna (1 mlrd. 548,6 mln. manat) nəzərən portfel 93,4 milyon manat (6%) böyüyüb. Son bir ayda (noyabra nəzərən) isə 12,6 milyon manatlıq (0,8%) artım qeydə alınıb.












