2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi kapitalı 7 milyard 231,1 milyon manat təşkil edib. Bu, bank sektorunun kapitallaşma səviyyəsinin artdığını və maliyyə dayanıqlığının möhkəmləndiyini göstərir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 729,1 milyon manat (11,2%), ötən ilin sonuna nəzərən 612,7 milyon manat (9,3%), son bir aya görə isə 71,2 milyon manat (1%) artıb.
Kapitalın əsas hissəsini təşkil edən xüsusi kapital 6 milyard 606,7 milyon manata çatıb. Bu, illik müqayisədə 653,6 milyon manat (11%), ilin əvvəlindən 574,8 milyon manat (9,5%) və son bir aydan 72 milyon manat (1,1%) artım deməkdir.
Eyni zamanda, bankların maliyyə möhkəmliyini göstərən ümumi ehtiyatları da 624,4 milyon manat təşkil edib. Bu ehtiyatlar illik 75,5 milyon manat (13,8%) və ilin əvvəlindən 37,8 milyon manat (6,4%) artıb. Lakin son bir ayla müqayisədə ehtiyatlarda 0,8 milyon manatlıq (0,1%) cüzi azalma qeydə alınıb.
Xatırladaq ki, bankların cəmi kapitalı bu ilin noyabrın 1-nə 7 milyard 159,9 milyon manat, ötən ilin sonunda 6 milyard 618,4 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 6 milyard 502 milyon manat təşkil edib.











