2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 6 680,1 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 078,5 milyon manat və ya 19,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 5 601,6 milyon manat olub.