Bank sektorunda kreditləşmədə əsas rolu olan istehlak kreditləri portfeli oktyabrın 1-nə 9 milyard 183,5 milyon manata yüksəlib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 30,7 milyon manat və ya 12,6% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-nə əhaliyə verilən istehlak kreditlərinin həcmi 8 milyard 152,8 milyon manat idi.
Artım bütün müqayisə dövrlərində davamlı olub. Ötən ilin sonu (8 mlrd. 445 mln. manat) ilə müqayisədə portfel 738,5 milyon manat (8,7%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 69 milyon manat (0,8%) artım qeydə alınıb.
Xatırladaq ki, istehlak kreditləri portfeli ötən ilin eyni dövründə 8 milyard 152,8 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, bu ilin sentyabrın 1-də isə 9 milyard 114,5 milyon manat idi.














