Azərbaycanın bank sektorunda ipoteka kreditləri portfeli dekabrın 1-nə 4 milyard 561,9 milyon manat təşkil edib.
FED.az-ın Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 363,3 milyon manat və ya 8,7% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə ipoteka portfelinin həcmi 4 milyard 198,6 milyon manat səviyyəsində idi.
Portfelin artımı ilin əvvəlindən və aylıq müqayisədə də davam edib. Ötən ilin sonuna (4 mlrd. 245,5 mln. manat) nəzərən artım 316,4 milyon manat (7,5%) təşkil edib. Son bir ayda isə portfel 13,9 milyon manat (0,3%) artıb.
Xatırladaq ki, ipoteka kreditləri portfeli bu ilin noyabrın 1-nə 4 milyard 548 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, ötən ilin eyni dövründə isə 4 milyard 198,6 milyon manat səviyyəsində idi.












