Azərbaycan bankları 2022-ci ilin ilk 4 ayında ümumilikdə 1 milyard 142 milyon manat gəlir əldə ediblər.
Biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı bank sektoru üzrə rəqəmlərdə bildirilir.
Ötən ilin eyni dövrü ilə müqayüisədə bankların gəlirləri 244 milyon manat və ya 27% artıb. Xatırladaq ki, ötən ilin ilk 4 ayında bank sektorunu gəlirləri 899 milyon manat olmuşdu.
Bankların xərcləri isə 740 milyon manat olub ki, bu da ötən illə müqayisədə bankların xərcləri 155 milyon manat və ya 26% artıb (ötən il xərclər 585 milyon manat olmuşdu).
2022-ci ilin ilk 4 ayının nəticələrinə görə, bankları 248 milyon manat xalis mənfəət əldə ediblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 53 milyon manat və ya 27% artıqdır.