2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 302,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici iyulun 1-nə olan dövr ilə müqayisədə 340 milyon manat və ya 17,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 326,2 milyon manat və ya 16,5 çoxdur.
2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 976,2 milyon manat olub.
Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 1 milyard 962,4 milyon manat təşkil edib.