2025-cü ilin aprelin 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 134,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici martın 1-nə olan dövr ilə müqayisədə 382,3 milyon manat və ya 50,8%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 172,3 milyon manat və ya 17,9% çoxdur.
2024-cü ilin aprelin 1-nə Azərbaycan banklarının faiz gəlirləri 752,6 milyon manat olub.
Bu ilin 1 mart vəziyyətinə bu göstərici 962,6 milyon manat təşkil edib.