Tez-tez sosial şəbəkədə hansı kartı seçməliyəm mövzusunda suallara rast gəlirik. Əlbəttə seçim kriteriyaları kartı ən çox hansı məqsədlə istifadə edəcəyinizə bağlı olur: gündəlik siravi xərclər, onlayn alış-veriş, ölkə daxili şoppinq, xaricdə səyahət və s.
FED.az xəbər verir ki, Azərbaycan bankları əsasən bənzər xidmət və məhsullar təklif edir, ona görə də kart məhsulları elə də fərqlənmir, amma yenə də hər bir bankın fərqli müştərilər üçün nəzərdə tutlmuş kartları olur.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
Kartın hazırlanma müddəti
Araşdırma zamanı belə bir nəticəyə gəldik ki, bank kartları əsasən sifariş edildiyi gündən, 3 iş günü müddətində hazır olur, təcili kart sifarişi, yəni kartın həmin gündə alınması üçün 10 AZN əlavə pul ödəmək lazımdır, bu da əsasən Bakı və Sumqayıt şəhərində, Abşeron ərazisinda olan filiallara aiddir. Rayonlarda ya bu xidmət ya yoxdur, ya da daha bahadır.
Onlayn sifariş: Hazırda bir çox bankların kartlarını onlayn sifariş etmək və banka sadəcə bir dəfə gedərək, hazır kartı götürmək olar, bununla da siz zamana qənaət etmiş olursunuz.
Cash back – ABB, Bank of Baku, Nikoil Bank, Bank Respublika, Unibank, Yapı Kredi Bank Azərbaycan, ASB Bank, ExpressBank və TuranBank kimi banklarda xərclədiyiniz vəsaitin bir hissəsi hesabınıza geri qayıdır və ondan təkrar istifadə mümkündür.
Müqayisəyə keçmədən öncə qeyd edim ki, araşdırma debet kartlara aiddir, debet kart öz vəsaitinizi xərcləmək üçün nəzərdə tutulub, karta nə qədər vəsait yerləşdirsəniz, xərcləmək limitiniz də o qədərdir.
Əgər Bakıda alış veriş, o cümlədən onlayn alışlar üçün debet kart istəyirsinizsə, bazarın ən maraqlı təklifləri bunlardır.
Albalı Plus debet
Üç illik təqdim olunan kartın qiyməti 10 AZN-dir, milli valyutada alınan kartın balans qalığına illik 3% gəlir əldə edirsiniz. Dollar kartında bu rəqəm 1%-dir.
Albalı Plusla, Unibank bankomatlarında komissiyasız nağdlaşdırma imkanı; Unibank Mobile əlavəsində pulsuz köçürmə və pulsuz ödənişlər; Unibank-a məxsus ödəmə terminalları, MilliÖn və eManat terminallarında onlayn mədaxil imkanları vardır. Həmçinin alış-verişlər zamanı 0,5%-30% cash back qazanırsınız.
Moverkart
Moverkart bizim siyahıdakı yeganə kobrend kartdır, ona görə də digər kartlar ilə müqayisədə daha çox özəllikləri vardır
Onlayn alış-verişi sevənlər, xüsusən də Türkiyədən fərqli məhsullar sifariş edənlər üçün ən gözəl seçimlərdən biridir.
Moverkart sahibləri eyni zamanda “Bank Respublika”nın Paykart bonus sistemi daxilində partnyor şəbəkəsində alış-veriş zamanı 25%-ə qədər bonus qazanmaq şansı əldə edəcək. Kartın sifarişi adi qaydada 10 AZN, təcili kart sifarişi isə 20 AZN-dir.
Moverkartın fərqli tərəfləri:
- Türkiyə saytlarından onlayn alış-verişlərdə ödənilən daşınma haqqının 20%-i geri qayıdır;
- Trendyol, Hepsiburada, LC Waikiki, N11, FLO, Karaca, Morhipo və s. onlayn alış-veriş saytları da daxil olmaqla, Türkiyənin bütün onlayn mağazalarında 5% bank komissiyası ödəmədən alış-veriş;
- Kuryer Xidmətindən 50% endirim;
- Təcili sifariş xidmətində 50% endirim qazanacaq;
- Hesablarındakı pul (AZN) xarici valyutalara 0% komissiya ilə konvertasiya olunacaq;
MilliÖn və E-manat aparatlarında balansı artırmaq mümkündür.
Expresso
Həm debet, həm də kredit kart kimi istifadə oluna bilər. ExpressBank ATM-lərində nağdlaşdırma zamanı komissiya tətbiq olunmur.
Debet qalığı 100 AZN olarsa 3%-ə qədər gəlir hesablanır, Həmçinin 30%-ə qədər cash back qazanmaq imkanı verir, Debet kartınızın balansını istədiyiniz vaxt online (şəxsi kabinet) və ya ExpressPay terminalları vasitəsi ilə artıra bilərsiniz.
Pulkart
Yapı Kredi Bank tərəfindən təqdim olunan bu kart 5 illikdir, kartın açılması üçün 5 AZN, hesab açılması üçün 10 AZN xidmət haqqı mövcuddur.
World Üzv Ticarət Obyektlərində etdiyiniz ödəmələrdə ballar qazanırsınız və qazanılmış ballarınızla World Üzv Ticarət Obyektlərindək alış-veriş edə bilirsiniz. Eyni zamanda PulKarta özəl keçirilən kampaniyalarda yararlana bilərsiniz.
Bolkart debet Gənc və Bolart debet Ailə
Bolkart Gənc debet kartı yaşı 27-dək olan şəxslərə, Bolkart Ailə debet kartı isə yaşı 27-dən yuxarı olan şəxslərə verilir.
1-3 illik təqdim olunan kartların komisyon haqqıları fərqlidir
Boklart Gənc debet: 1il - 7 AZN, 2 il - 12 AZN, 3 il 16 AZN
Bolkart Ailə debet: 1 il - 8 AZN, 2 il - 14 AZN, 3 il 18 AZN
Hər iki kartı, 1 illik sifariş etdikdə, balansınıza müvafiq olaraq 150 AZN (Gənc) və ya 300 AZN (Ailə) vəsait qoymaqla kartları pulsuz əldə edə bilərsiniz.
Milli valyutada alınan kartın minimum balansı 100 AZN olarsa - yəni balans qalığı 100 AZN-dən aşağı düşmədiyi müddətdə illik 5% gəlir qazanırsınız. Cash back 0,5-15% arasında dəyişir. Kartın balansını Bank of Baku-nun cash in terminallarında və MilliÖn terminalları ilə artırmaq olur.
Bank of Baku ATM-lərində komisyonsuz nağdlaşdırma mümkündür.
Mycard
3 il müddətinə verilən kartdır, xidmət haqqı 20 AZN-dır, balansın qalığına hesablanan gəlir 4%-dir, əgər hesabınız dollardadırsa, bu rəqəm 0,5%-dir. Gəlirin hesablanması üçün hesabda minimum vəsait 500 AZN olmalıdır.
AccessBank bankomatlarında komisyonsuz nağdlaşdırma mümkündür.
Bankın adı |
Məhsul |
Qiymət |
CashBack faizi |
Onlayn sifariş |
İllik gəlir |
Əlavə mədaxil terminalı |
Unibank |
Albali Plus |
3 il - 10 AZN |
0,5-30% |
- |
3% |
eManat, MilliÖn |
BankofBaku |
Bolkart debet Ailə |
3 il - 16 AZN |
0,5-20% |
+ |
5% |
MilliÖn |
Expressbank |
Expresso |
3 il - 12 AZN |
0,5-30% |
+ |
4% |
ExpressPay |
Yapı Kredi Bank |
Pul Kart |
5 il - 15 AZN |
0,5-3% |
+ |
- |
- |
Bank Respublika |
Moverkart |
3 il- 10 AZN |
0,5-25% |
+ |
- |
eManat, MilliÖn |
AccessBank |
myCard |
3 il -20 AZN |
- |
+ |
4% |
- |
Təbii ki kartlara bankların özündə cash in terminalı və ya kassa vasitəsi ilə mədaxil edə bilərsiniz, biz bu cədvəldə banka gəlmədən nağd pulu karta qoya bilmək üçün terminallardan istifadə edə bilib- bilməyəcəyimizi öyrənməyə çalışdıq.
Bununla yanaşı Sizə banklarımızın MasterCard Standard və Visa Classic kartları üçün komisyonhaqqlarını və təcili kart sifarişini araşdırdıq. Müqayisə üçün bütün banklarda 3 illik kartları seçdik
Banklar |
Mastercard standard 3 illik |
Visa Classik 3 İllik |
Təcili sifariş |
Online sifariş |
AccessBank |
18 AZN |
18 AZN |
10 AZN |
+ |
AFB Bank |
25 AZN |
25 AZN |
10 AZN |
+ |
AGBank |
24 AZN |
24 AZN |
10 AZN |
- |
Amrahbank |
35 AZN |
35 AZN |
10 AZN |
- |
AtaBank |
30 AZN |
30 AZN |
10 AZN |
+ |
Azər Türk Bank |
35 AZN |
35 AZN |
!0 AZN |
+ |
Azərbaycan Beynəlxalq Bankı |
30 AZN |
30 AZN |
10 AZN |
+ |
Azərbaycan Sənaye Bankı |
15 AZN |
!5 AZN |
10 AZN |
+ |
Bank Avrasiya |
20 AZN |
20 AZN |
10 AZN |
- |
Bank BTB |
25 AZN |
25 AZN |
10 AZN |
- |
Bank of Baku |
20 AZN |
20 AZN |
15 AZN |
+ |
Bank Respublika |
40 AZN |
40 AZN |
10 AZN |
+ |
Bank VTB (Azərbaycan) |
25 AZN |
25 AZN |
10 AZN |
+ |
Expressbank |
16 AZN |
16 AZN |
10 AZN |
+ |
Günay Bank |
35 AZN |
- |
10 AZN |
- |
Kapital Bank |
25 AZN |
25 AZN |
10 AZN |
+ |
Muğanbank |
30 AZN |
30 AZN |
0 AZN* |
+ |
Naxçıvanbank |
40 AZN |
40 AZN |
40 AZN |
+ |
NBCBank |
25 AZN |
25 AZN |
10 AZN |
+ |
Nikoil Bank İKB |
25 AZN |
25 AZN |
0 AZN* |
+ |
Rabitəbank |
25 AZN |
25 AZN |
10 AZN |
+ |
Premium Bank |
30 AZN |
30 AZN |
10 AZN |
|
TuranBank |
25 AZN |
- |
10 AZN |
- |
Unibank KB |
10 AZN |
10 AZN |
- |
- |
Xalq Bank |
32 AZN |
32 AZN |
10 AZN |
- |
Yapı Kredi Bank Azərbaycan QSC |
5 AZN + 10 AZN* |
- |
- |
+ |
Naxçıvan Bank
Kartın təcili sifarişi (baş idarəyə) həmin gün, 40 AZN, bankın digər filiallarına isə növbəti gün mümkün olur.
Kapital Bankda regionlarda təcili kart sifarişi 15 AZN-dir.
Nikoil Bank - Təcili sifariş üçün yalnız mərkəzi filiala müraciət edə bilərsiniz. O zaman, növbəti iş günü ərzində kartınızı əldə edə biləcəksiniz. Əlavə ödəniş tələb olunmur.
Muğan Bank - Bankdan verilən məlumata əsasən kartlar bir iş günü ərzində hazır olur və əlavə ödəniş tələb olunmur.
Kartın pulsuz əldə edilməsi
Cədvəldəki araşdırmanın davamı olaraq, aşağıda bəhsi keçən rəqəmlər Visa Classik və MasterCard Standard kartları üçün nəzərdə tutulub.
AG Bank
Karta ilkin mədaxil 1000 AZN həcmində olarsa, kart bir il müddətinə pulsuz verilir.
Bank of Baku
Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik Visa Classic kartını pulsuz əldə etmək mümkündür.
Rabitə Bank
Kartların pulsuz əldə edilməsi üçün 1 illik - 500 AZN 300(USD/EUR), 2 illik - 800 AZN 500(USD/EUR), 3 illik - 800 AZN 600(USD/EUR) ilkin mədaxil edilməlidir.
Turan Bank
1 illik Visa Classsik və ya MC Standard kartının pulsuz alınması üçün hesaba minimal mədaxil 300 AZN/ 200EUR/USD, 2 illik - 500 AZN/ 300 EUR/USD, 3 illik kart üçün isə 800 AZN / 500 EUR/USD vəsait qoymaq tələb olunur.
Bank VTB Azərbaycan
Debet kartını pulsuz əldə etmək üçün mədaxil məbləği: 1 illik kartda 1000 AZN, 3 illik kartda isə 2000 AZN/USD/EUR təşkil edir.
Xalq Bank
Kartı pulsuz əldə etmək üçün Bakı/Sumqayıt filiallarında 100 AZN/USD/EUR, digər regionlarda isə 50 AZN/USD/EUR ilkin mədaxil tələb olunur.
Yapı Kredi Bankda - daha öncə qeyd etdiyimiz kimi, debet kartın ödənişi 5 AZN-dir, hesabın açılması üçün isə əlavə 10 AZN ödəniş ediməlidir. Kart 7 iş günü ərzində təqdim edilir, müddəti isə 5 ildir.
Bank Respublika - ilkin mədaxil tələbi irəli sürən yeganə bankdır. Miqdar 200 AZN/ USD-dir. İlkin mədaxil ödəmədən, birədəflik xidmət haqqı ödəməklə, hər iki kartı ödənişli əldə etmək olar Birdəfəlik xidmət haqqı 40 AZN/USD təşkil edir. Kartların müddəti 5 ildir.
Əlavə qeydlər
Ziraat Bank Azərbaycanda hal-hazırda plastik kart xidməti mövcud deyil.
Paşa Bank korporativ bank olduğundan, yalnız öz korporativ müştərilərinin işçilərinə fərdi bank xidmətləri təqdim edir.