Azərbaycanın maliyyə təşkilatlarının rüblük/illik göstəricilərinin açıqlanması layihəsi çərçivəsində FED,az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının 3-cü rübün nəticələrinə görə, ƏMƏLİYYAT MƏNFƏƏT/ZƏRƏR göstəricilərini təqdim edir.
Göstəricilərə əsasən, 3-cü rübün sonuna ən yüksək əməliyyat mənfəəti ölkənin ən böyük bankı sayılan Azərbaycan Beynəlxadq Bankındadır – 24,7 milyon manat. Yüksək əməliyyat mənfəəti əldə edən bankların sırasında «Xalq Bank» və «Bank Respublika» da var – müvafiq olaraq 35 milyon manat və 27,3 milyon manat.