2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının əməliyyat mənəəti 1 milyard 16 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici iyulun 1-nə olan dövr ilə müqayisədə 140,5 milyon manat və ya 16%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,6 milyon manat və ya 9,1% çoxdur.
2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının xalis mənfəəti 931,4 milyon manat olub.
Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 875,5 milyon manat təşkil edib.