2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 370 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 253 milyon manat və ya 23% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 117 milyon manat olub.