Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 480,2 mln. manat və ya 20,8% azalaraq 2019-cu ilin yanvar ayının 1-nə 1 828,1 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 20,7 mln. manat və ya 1,12% azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2019-cu ilin yanvarın 1-nə 5 mlrd. 906,3 mln. manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 32,3 mln. manat və ya 0,55% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ilin noyabrı ilə müqayisədə dekabrında 916,1 mln. manat və ya 13,43%-lik azalma baş verib.
Eləcə də bax: Ötən il ərzində banklar nə qədər pul xərcləyib? - SİYAHI