30 sentyabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 34 milyard 526,5 milyon manat təşkil edir.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 7,7% artıb.
Sentyabrın sonuna bankların kredit portfeli 15 milyard 538,7 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,8% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 871,3 milyon manat (artım 3,7% - İF) təşkil edir.
Bankların öhdəlikləri 29 milyard 655,2 milyon manata (artım 8,4%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 370,8 milyon manat məbləğində (azalma 1%) qiymətləndirilir. Banklarda depozit portfeli 23 milyard 650 milyon manat (artım 14,1%), o cümlədən əhalinin əmanətləri 8 milyard 663,6 milyon manat (artım 7,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 505,6 milyon manat təşkil edib (2020-ci ilin 9 ayı ilə müqayisədə azalma 1,4%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 545,8 milyon manat (artım 8,3%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 242,4 milyon manat (artım 9,7%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 625,1 milyon manat məbləğində (artım 29,1%) olub.
Bankların faiz xərcləri 397,1 milyon manat (artım 9,6%), o cümlədən depozitlər üzrə 264,8 milyon manat (artım 14,6%), qeyri-faiz xərcləri 1 milyard 20,8 milyon manat (artım 21%) təşkil edib.
9 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 723,8 milyon manat (artım 9,8%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 599,4 milyon manat məbləğində (azalma 5,6%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 93,8 milyon manat (azalma 23,3%) təşkil edib.
30 sentyabr 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Mayın sonuna bankların 466 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,4%) və 103 şöbəsi (azalma 5,5%) var.
Bank sektorunda 19,488 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,2% - İF) çalışır.