30 iyun 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 218,3 milyon manat məbləğində qiymətləndirilir.
Azərbaycanda 6 bank filialı və 10 bank şöbəsi - BAĞLANIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-iyun aylarında bankların aktivləri 3,9% azalıb.
2023-cü ilin may ayı ilə müqayisədə iyun ayında bankların aktivləri 1,5% və ya 703,5 milyon manat azalıb.
6 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 1,6 dəfə - 3 milyard 974,3 milyon manata qədər azalıb.
İyunun sonuna bankların kredit portfeli 21 milyard 296,2 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,7% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 912,7 milyon manat (artım 5,2%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 305,6 milyon manata (azalma 5,1%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2 dəfə) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 056,7 milyon manat (azalma 5,1%), o cümlədən əhalinin əmanətləri 12 milyard 472,5 milyon manat (artım 8,6%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 563,3 milyon manat təşkil edib (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 40,5%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 668,7 milyon manat (artım 32,6%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 234,7 milyon manat (artım 19,1%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 598,5 milyon manat məbləğində (artım 12,1%) olub.
Bu dövrdə bankların faiz xərcləri 405,5 milyon manat (artım 36,3%), o cümlədən depozitlər üzrə 288,5 milyon manat (artım 40,1%), qeyri-faiz xərcləri 1 milyard 60,6 milyon manat (artım 23,6%) təşkil edib.
Yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 772,3 milyon manat (artım 25,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 694,6 milyon manat (artım 42%), mənfəət vergisi üzrə ödənişlər 131,3 milyon manat (artım 48,7%) məbləğində qiymətləndirilir.
30 iyun 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 486 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,2%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,241 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2% - İF) çalışır. (İntefaks-Azərbaycan)