Bank

Azərbaycan banklarının 8 Mart ve Novruz kampaniyalari – SİYAHI

Azərbaycan banklarının 8 Mart ve Novruz kampaniyalari – SİYAHI | FED.az
15:09 4 Mart 2019
Banklar artıq 8 Mart (Beynəlxalq Qadınlar Günü) və Novruz Bayramı üçün kampaniyalara başlayıblar.

FED.az bayramlarda  kampaniya keçirdən bankların siyahısını sizə təqdim edir.
 
8 MART KAMPANİYASI
 

Eləcə də bax: Facebookda ən aktiv və ən passiv rayon icra hakimiyyətləri – SİYAHI


Unibank

Bankın ALBALI PLUS kartı ilə martın 10-a qədər edilən 3 və 6 ay hissəli alış-verişlərə əlavə +2 faizsiz ay HƏDİYYƏ qazan. 
 
AccessBank

AccessBank Beynəlxalq qadınlar günü münasibətilə martın 7-dək yalnız xanımlar deyil, həmçinin bəylər AccessBank-ın kampaniyası çərçivəsində illik 20%-dən başlayan 20 000 manatadək nağd pul krediti əldə edə bilərlər.

Həmçinin, Beynəlxalq qadınlar günü münasibətilə martın 7-dək istənilən növ "myCard" ödəniş kartını sifariş edən xanımlara 50% ENDİRİM təqdim olunacaq.
Şübhəsiz ki, xanımlar hər şeyin ən yaxşısına layiqdir! Ən yaxşısını AccessBank ilə seçin!
 
Muğan Bank

Muğan Bank 01.03.2019-cu il tarixində “8 Mart + Gold kart” adlı kampaniyaya start verir.
Kampaniya 07.03.2019-cu il tarixinədək davam edəcəkdir. Qeyd olunan kampaniya çərçivəsində Muğanbanka müraciət edən xanım müştərilər Union Pay/MasterCard/Visa Gold plastik kartlarından birini pulsuz, Union Pay/MasterCard/Visa Platinum plastik kartlarını isə 50% endirimlə eldə edəcəklər. 
 
Bank VTB

Bankımızın kartları ilə 8 mart endirimlərindən faydalanın.
Sakura Flowers Museum mağazasında kartlarımızla alış-veriş edərək və ya sadəcə satıcıya bankımızın kartını göstərərək 15% endirim eldə edin.
 
Naxçıvanbank

Əziz xanımlar, 8 Mart Beynəlxalq qadınlar günü ərəfəsində Naxçıvanbank sizlər üçün bayram kampaniyasına başlayır. Martın 4-dən 8-dək Naxçıvanbank-dan İstehlak kreditləri üzrə müraciət edən xanım müştərilərimiz kreditlə bağlı komissiya xərcinin 50% dəyərində endirim şansı əldə edəcəkdir 
Bayramınız mübarək, əziz xanımlar!



Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankından xanımlara 8 Mart sürprizi!
Martın 7-ə qədər bankdan plastik kart sifariş edən hər bir xanım müştəri VISA Gold, MasterCard Gold, Union Pay Gold kartlarını cəmi 8 manata əldə edə bilər. 
Bu kampaniya çərçivəsində xanımların AMEX Green və Mastercard Gold kartlarını pulsuz əldə etmək imkanı da var.

 
Azər Türk Bank

Bank tərəfindən 4 - 30 mart tarixləri arasında plastik kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə bir illik Gold kartı hədiyyə ediləcək.
 

Eləcə də bax:  Problemli kreditlərlə bağlı "Qaynar xətt"in nə vaxt yaradılacağı - AÇIQLANDI


NOVRUZ BAYRAMI KAMPANİYASI
 
Bank Respublika

Dostlar, “Qazandıran Çərşənbələr” kampaniyasına start veririk! 
Novruz bayramınadək bütün müştərilərimiz hər çərşənbə, müəyyən bank məhsullarını ENDİRİMLƏ və PULSUZ əldə edə biləcək!
İlk olaraq, fevral ayının 27-də müştərilərimizə MC GOLD LİTE premium kartı HƏDİYYƏ ediləcək!
 
AccessBank

AccessBank ilə bu bahar biznesinizə də bahar gələcək!
Yazın gəlişi təbiəti, AccessBank-ın "Biznes baharı" kredit kampaniyası isə biznesinizi oyadacaq! 20 000 manatadək GİROVSUZ mikro kredit götürün, 12 ayadək GÜZƏŞT MÜDDƏTİNDƏN və sərbəst ödəniş planından yararlanın.
 
Azər Türk Bank

4 martdan 30 marta tarixinədək davam edəcək kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir.

Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır. Əlavə olaraq, iki min manatdan artıq kredit götürən müştərilərə bir illik Gold kartı hədiyyə ediləcəkdir. Həmçinin, kampaniya ərzində Bank müştərilərə fiziki şəxlər üçün nəzərdə tutulmuş güzəşt müddətli kredit kartlarını sərfəli şərtlərlə təklif edir. Eyni zamanda, kredit götürən müştərilərə, kreditin müddətinə uyğun olaraq, Gold kartı hədiyyə olunur.

Kampaniya müddətində Gold kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
 
Unibank

Novruz bayramının möhtəşəm ab-havasını yaşamaq istəyirsən?
Elə isə həmin bayramın qeyd edildiyi ölkələrə, bir sözlə Özbəkistan, İran və Tacikistana UniMiles ilə pulsuz səyahət et! 

Azərbaycan Beynəlxalq Bankı

“Yazı güzəştlərlə hiss et!” devizi altında keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər.

Kampaniyanın özəllikləri:

-Kreditin məbləği - 20.000 manatadək

-Kreditin müddəti - 60 ayadək

-İllik faiz dərəcəsi -  18%-dən başlayaraq

-Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ

-Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Kampaniya 10 aprel tarixinə qədər davam edəcək.


 

 

Digər xəbərlər

Banner