“Bank Silk Way” ASC müştərilərinə müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə bildirilir ki, sabahdan etibarən Bankın adı dəyişdiriləcək "Premium Bank" ASC olacaq.
ELƏCƏ DƏ BAX: "Layihəmiz göndərilən pulları evdən çıxmayaraq almaq imkanı verir" - MÜSAHİBƏ
Bankın açıqlamasında bildirilir:
Nəzərinizə çatdırmaq istərdik ki, 23 noyabr 2018-ci il tarixindən etibarən “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti, “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirəcəkdir.
Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.