Bankların kredit şərtlərinin dinamik olaraq aydan aya dəyişməsi, iqtisadi proseslərin və maliyyə sahəsindəki dəyişikliklərin təsirindən asılıdır.
Azərbaycan banklarında ən sərfəli - DOLLAR ƏMANƏTLƏRİ - SİYAHI, ŞƏRTLƏR
Bankların kredit şərtlərindəki dəyişikliklərin əsasında iqtisadiyyatın ümumi vəziyyəti, əmlak bazarının keyfiyyəti, kredit riski və digər bir çox faktor yer alır.
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az son bir ayda ölkə banklarının təklif etdiyi kreditlərin şərtlərindəki dəyişiklikləri izləyib.
Bəzi banklarda nağd pul krediti üzrə müştərilərə ayrılan vəaitlərin həcmində dəyişiklik müşahidə olunub.
Bunlara dövlət bankı olan «Azər-Türk Bank»ı və «Bank BTB»ni göstərmək olar. Dekabr ayında «Azər- Türk Bank» tərəfindən ayrılan nağd pul kreditinin məbləği 300- 50 000 manat təşkil edirdisə, yanvar ayında bu məbləğ 300–30 000 manat müəyyən olunmuşdur, «Bank BTB»nin təklif etdiyi kredit məbləği 1 ay əvvəl 300–30 000 manat idisə, hal hazırda bu məbləğ 500–30 000 manatdır.
Məbləğlə yanaşı kreditlərin illik faiz dərəcələrində olan dəyişikliklər də gözdən qaçmır.
Dekabr ayında nağd pul krediti üzrə illik faiz dərəcəsi «AFB Bank»da 11,99%-dən, «Bank Respublika»da 12%-dən, «Expressbank»da 9,5%-dən, «Yapı Kredi Azərbaycan»da 15,94-dən%, «Yelo Bank»da isə 9,9%-dən başlayırdı.
Yanvar ayında isə bu göstərici uyğun olaraq «AFB Bank»da 2% artaraq 13,99%-ə, «Bank Respublika»da 1% artraq 13-ə%, «Expressbank»da 2,9% artaraq 12,4%-ə, «Yapı Kredi Azərbaycan»da 3,94% artaraq 15,94%-ə və «Yelo Bank»da 1,8% artraq 11,7%-ə çatmışdır.
İllik faiz dərəcəsindən əlavə olaraq müştərilər kredit əldə edən zaman komissiya xərcləridə ödəyirlər. Azərbaycanın bank sistemində komissiya xərclərinin göstərici banklar üzrə fərqlidir və son 1 ay ərzində bu göstəricidə bəzi banklar dəyişiklik etmişdir.
«Rabitəbank»da keçən ay komissiya xərci 0-3% aralığında dəyişdirsə, yanvarda bu göstərici cəmi 1% təşkil edir. «Unibank»da həmçinin komissiya dərəcəsi dəyişmişdir dekabr ayında komissiya xərci 1-5% aralığında idi, indi isə bu göstərici 0%-ə endirilmişdir.