Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının cəlb etdiyi əmanətlərin məbləği təqribən 14,3 milyard manata yaxın olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun da 12,6 milyard manatı paytaxt Bakı şəhərinin payına düşüb.
İlk üçlüyə Bakı şəhəri ilə yanaşı 320,8 milyon manatla Sumqayıt və 201,4 milyon manatla Gəncə şəhəri də daxildir.
Abşeron rayonunda banklara 130,3 milyon manat, Xaçmazda 65,1 milyon manat, Lənkəranda 61,1 milyon manat, Naxçıvanda 48 milyon manat, Mingəçevirdə isə 47,3 milyon manat əmanət yerləşdirilib.
Banklara ən az əmanət yerləşdirən ərazilər isə 0,8 milyon manat olmaqla Xankəndi şəhəri və Xızı rayonlarıdır.
Sədərək rayonunda bu göstərici 1 milyon manat, Kəngərlidə 1,4 milyon manat, Qobustanda 1,7 milyon manat, Daşkəsəndə 1,8 milyon manat təşkil edib.