Mayın 26-da Bakıda keçiriləcək “Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” mövsuzunda konfransda son vaxtlar Azərbaycanın kommersiya banklarına edilən kiberhücumlar məsələsi müzakirə obyekti olacaq.
Xatırladaq ki, ABA-nın təşkil edəcəyi həmin tədbirdə yerli bankların kibertəhlükəsizlik üzrə məsul şəxləri, departament direktorları, bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən dövlət qurumlarının və tərəfdaş kibertəhlükəsizlik şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Qonaqlar arasında Türkiyənin “Garanti Bankası” və “İş Bankası”nın təmsilçiləri də olacaq.
Konfransda bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi, təhlükəsizlikdə insan amili - sosial mühəndislik həmlələri və digər mövzularda çıxışlar nəzərdə tutulub. Xüsusilə, banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri və avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi barədə iştirakçılar məlumatlandırılacaq.
Həmçinin, konfransda mövcud trendlər haqqında müzakirələr aparılacaq, bank-maliyyə sektorunda kibertəhlükəsizliyin artırılması istiqamətində konfrans iştirakçılarının təklifləri səsləndiriləcək.