Bütün dünyada olduğu kimi Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir. Bayram ərəfəsində Bankların xanımlar üçün müxtəlif kampaniyalar keçirməsi, artıq ənənə halına çevrilib. Bankları bu il də ənənəyə sadiq qalıblar.
Eləcə də bax: "A-Group"dan "8 Mart Beynəlxalq Qadınlar Günü" ilə bağlı - XÜSUSİ KAMPANİYA
FED.az kampaniyaya start verən bankların xanım müştərilərinə endirim və hədiyyə kampaniyası güzəştlərini təqdim edir.
1. “Azərbaycan Beynəlxalq Bank”
“Azərbaycan Beynəlxalq Bank”da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə kampaniyaya başlayıb. Belə ki, Bank yeni təmassız ödəniş üzükləri 4-6 mart tarixlərində 50% endirimli qiymətlərlə təklif edir. Bank bu fürsəti dəyərləndirmək üçün müştərilərin müraciətlərini gözləyir.
* Təmassız ödəniş üzüyü və Visa Platinum – 150 AZN
* Təmassız ödəniş üzüyü və Visa Infinite – 300 AZN
2. “Bank of Baku”
“Bank of Baku” 8 Mart – Beynəlxalq Qadınlar Gününə özəl olaraq zərifliyin, incəliyin təcəssümü olan xanımları sevindirəcək kampaniyalara start verib. Belə ki, 5, 6, 7 mart tarixlərində 30.000 AZN-dək Nağd Pul Krediti almaq istəyən xanımlara kreditin 8 ayadək faizləri HƏDİYYƏ olunacaq. Yəni, onlar kredit müddətindən asılı olaraq kreditin 8 ayadək faiz borcundan azad olunaraq, sadəcə əsas borc üzrə tələb olunan məbləği ödəyəcək. Qeyd edək ki, müştərilərə 30.000 AZN-dək Nağd Pul Krediti 48 ay müddətinə, zaminsiz, komissiyasız və sığorta haqqı olmadan təqdim edilir.
“Bank of Baku” “Bolkart”lı xanımları və onlara hədiyyə almaq istəyən bəyləri də unutmayıb. Belə ki, “Bolkart”ın partnyor şəbəkəsinə aid mağazalarda “Bolkart” taksit kartı ilə alış-veriş edən şəxslər 3, 6, 9, 12 və ya 18 aya aldıqları məhsulun ödəniş müddətinə +2 AY HƏDİYYƏ qazanaraq, xərclərini 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.
Bunda əlavə, “Bolkart” debet kartı ilə restoranlarda, parfümeriya və kosmetika mağazalarında ümumilikdə 300 AZN-lik alış-veriş edən müştərilərə isə 20 AZN BAL HƏDİYYƏ olunacaq.
3. “AFB Bank” ASC
“AFB Bank” ASC də bu dəfə Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara özəl “8 Mart” kampaniyasına start verib. Yalnız xanım müştərilərə şamil ediləcək “8 Mart” kampaniyası zamanı nağd pul krediti xüsusi endirimli şərtlərlə təqdim olunacaq. 2-9 mart tarixlərini əhatə edəcək kampaniya çəçivəsində kredit əldə edən xanım müştərilərin 1-ci ödəniş ayı üzrə illik faiz dərəcəsi 0% nəzərdə tutulur.
Qeyd ki, kampaniya zamanı nağd pul krediti 48 ay müddətinə verilir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.
4. “Unibank”
“Unibank” da 8 Mart münasibətilə sahibkar xanımlara martın 10-dək 8%-lə biznes krediti təklif edir. Bundan əlavə, “Albalı Plus” kartı ilə 5-10 mart tarixlərində “Zara Woman”, “Mango”, “Bershka”, “Stradivarius”, “ADL”, “Swarovski”, “OVS”, “Benetton” mağazalarında əməliyyat edən xanımlara 8 ay müddətinə FAİZSİZ taksitlə ödəmə imkanı verir.
5. “Azər Türk Bank”
“Azər Türk Bank” həm 8 Mart Beynəlxalq Qadınlar Günü, həm Novruz bayramı, həm də 28 May - Respublika Günü münasibətilə “Bahar kampaniyası”na start verib. 2 mart-29 may tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.
Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
2-6 mart tarixləri ərzində xanım müştərilərdən, 26-29 may tarixləri arası isə bayramlar münaibətilə bütün müştərilərdən, İstehlak krediti rəsmiləşdirildikdə, komissiya tutulmayacaqdır. Kampaniya ərzində güzəşt müddəti olan və güzəşt müddəti olmayan kredit xətti əldə edən müştərilərə, kreditin müddətinə uyğun olaraq “MC Gold” və ya “VISA Gold” kartları hədiyyə ediləcək.
“Bahar kampaniyası”nda plastik kartların əldə edilməsində də güzəştlərin tətbiqi nəzərdə tutulub. Kampaniya müddətində debet kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir. Eləcə də 2-6 mart tarixlərində kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 3 illik “MC Gold” və ya “VISA Gold” debet kartı hədiyyə ediləcəkdir.
6. “TuranBank” ASC
“TuranBank” ASC də Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün özəl kampaniyaya start verib. Bayramda heç bir xanım diqqətsiz qalmasın deyə, kredit və depozit məhsulları xanımlara güzəştli şərtlərlə təklif olunacaq. Mart ayının 13-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 24 ay müddətinə 15 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar isə “TuranBank”da depozit növündən asılı olaraq əmanətlərini 1% artımla yerləşdirə biləcəklər.
7 “Yapı Kredi Bank”
“Yapı Kredi Bank” da Beynəlxalq Qadınlar Günü münasibətilə kampaniyaya başlayıb. Bu lampaniya çərçivəsində 1-7 Mart tarixləri arasında xanımlara ödənişsiz “Gold Kart” və 0% komissiya ilə nağd kredit imkanları təklif edilir.
8. “Bank BTB”
“Bank BTB” də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Mikrokredit məhsulu üzrə “8 Marta 8% endirim” kampaniyasına start verib. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar 2-6 mart tarixləri arasında Mikrokredit məhsuluna müraciət etdikdə illik faiz dərəcəsinə 8% endirim əldə edəcəklər. Bununla yanaşı, 50 000 AZN-dək təklif olunan Mikrokreditlər xanım sahibkarlara 0% komissiya və 48 ay müddətinə təklif olunur. Əlavə olaraq sahibkar xanımlar biznes fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq 6 ayadək güzəşt müddətindən də yararlana biləcəklər.
Yalnız 5 gün davam edən kampaniyaya son müraciət tarixi 6 mart 2020-ci ildir. Bu müddət ərzində müraciət edən sahibkar xanımların kreditləri 31 mart 2020-ci ilədək rəsmiləşdirilə bilər.