Azərbaycanda banklar sürətlə borclarını qaytarırlar. Bankların öhdəliklərinin azalması həm Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında, həm də xarici öhdəliklərdə özünü göstərir.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, Azərbaycanda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 2.6 dəfə azalıb. Belə ki, ötən ilin yanvar – iyul aylarında AMB - nin banklara qarşı tələbləri 419,6 mln olduğu halda bu ilin 7 ayında bu göstərici 160,7 mln manata enib.
Həmçinin Azərbaycan banklarının xarici öhdəlikləri də azalıb.
Belə ki, Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 471,2 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 29,4 milyon manat və ya 1,96% azdır. Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 mln manat və yaxud 19,5%, son 1 ildə isə 413,1 mln manat və yaxud 21,9% azalıb.