2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 141,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aprelin 1-nə olan dövr ilə müqayisədə 34,6 milyon manat və ya 32,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 milyon manat və ya 6,2% çoxdur.
2023-cü ilin mayın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 133,2 milyon manat olub.
Bu ilin 1 aprel vəziyyətinə bu göstərici 106,9 milyon manat təşkil edib.