2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 323,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici sentyabrın 1-nə olan dövr ilə müqayisədə 32,5 milyon manat və ya 11,2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 milyon manat və ya 2% çoxdur.
2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 317,2 milyon manat olub.
Bu ilin 1 sentyabr vəziyyətinə bu göstərici 291 milyon manat təşkil edib.