Azərbaycan bankları 2019-cu ildə xalis mənfəətlərini təqribən 2 dəfə artırıblar.
Eləcə də bax: Azərbaycan banklarının aktivlərində - ARTIM
FED.az xəbər verir ki, ölkə bankları ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurublar ki, bu da 2018-ci ilin yekunları ilə müqayisədə 92% və ya 1,92 dəfə artıqdır. Xatırladaq ki, banklar 2018-ci ili 279,4 milyon manat mənfəətlə başa vurmuşdular.