2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 1 milyard 378,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156,7 milyon manat, yəni 12,8% artım deməkdir.
Bu gəlirlərin artımında əsas pay digər qeyri-faiz gəlirlərinin üzərinə düşür. Bu gəlirlər illik müqayisədə 123,9 milyon manat (16,9%) artaraq 855,6 milyon manat təşkil edib.
Bankların hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri də illik müqayisədə 22,8 milyon manat (7,7%) artaraq 318,4 milyon manata çatıb.
Bankların valyuta əməliyyatlarından xalis gəliri isə illik müqayisədə 8,2 milyon manat (4,2%) artaraq 201,3 milyon manat təşkil edib.
Ən kəskin nisbi artım isə qiymətli kağızların satışı üzrə gəlirlərdə qeydə alınıb. Bu gəlirlər illik müqayisədə 2,0 milyon manat (2,3 dəfə) artaraq 3,6 milyon manata çatıb.
Xatırladaq ki, bankların cəmi qeyri-faiz gəlirləri 2024-cü ilin oktyabrın 1-nə 1 milyard 222,1 milyon manat təşkil edib.














