"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə üzv bankların nümayəndələri ilə Beynəlxalq Valyuta Fondunun (IMF) “Article IV” missiyası arasında görüş keçirilib.
FED.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, görüşdə missiyanın rəhbəri Chad Steinberg, Orta Şərq və Mərkəzi Asiya Departamentinin nümayəndələri – Jiri Jonas və Gustavo Ramirez iştirak edib. Tərəflər koronavirus (COVID-19) pandemiyasının, Ukraynadakı müharibənin və bununla əlaqədar Rusiya banklarına qarşı tətbiq edilmiş sanksiyaların, eləcə də inflyasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna təsirini müzakirə edib.