Dünya bazarında neftin qiymətinin artması, onunla əlaqədar olaraq dollara tələbatın yüksəlməsi nəticəsində bəzi banklar dollar satışına məhdudiyyətlər tətbiq ediblər.
Eləcə də bax: Dollar alanda sənəd doldurmaq – TƏLƏB EDİLƏCƏK – YENİLİK
FED.az bankların dollara hansı şərtlərlə satdıqlarını təqdim edir:
«Xalq Bank» - ümumi limit 500 dollardır, şəxsiyət vəsiqəsi ilə satılır.
Eləcə də bax: «Devalvasiya təkliflərini dəstəkləmirəm» - SƏBƏBLƏR - EKSPERTDƏN AÇIQLAMA
«Kapital Bank» - ümumi limit 11 750 dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, daha yüksək məbləğ xüsusi forma doldurmaqla.
Eləcə də bax: “Banklarda dollar satışına məhdudiyyət tətbiq edilmir” - AÇIQLAMA
«Rabitəbank» - limit yoxdur, amma məbləğ 500 dollardan artıq olanda müştəri xüsusi anket formanı doldurmalıdır.
Eləcə də bax: “Banklar dollarla təmin edilməlidir ki, insanlar problem olmadığını görsün”
«Azərbaycan Sənaye Bankı» - ümumi limit 500 dollardır, şəxsiyyət vəsiqəsilə satılır
«Muğan bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə
«Paşa Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə
«Turan bank» - ümumi limit 11 500 dollar, şəxsiyyət vəsiqəsi və formanı doldurmaqla
«Yapı Kredi Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə
«Access Bank» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsilə,
«AFB Bank» - ümumi limit 15 min manat ekvivalenti (8823 dollar), 500 dollara qədər şəxsiyyət vəsiqəsi, daha yüksək məbləğdə, xüsusi blankı doldurmaqla,
«AG Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə
«Amrahbank» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsiilə,
«Azər Türk Bank» - ümumi limit 20 min manat ekvivalentində (11 750 dollar), 500 dollaradək şəxsiyyət vəsiqəsi, daha artıq xüsusi blank doldurmaqla
«Bank Avrasiya» - ümumi limit 2000 dollar, şəxsiyyət vəsiqəsilə
«Bank BTB» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsilə
«Bank Melli İran» - dollar satılmır
«Bank of Baku» - ümumi limit yoxdur, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, daha artıq xüsusi formanı doldurmaqla
«Bank Respublika» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsi və xüsusi formanı doldurmaqla
«Bank VTB Azərbaycan» - ümumi limit 3 000 dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsilə
«Azərbaycan Beynəlxalq Bankı» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə
«Ekspress Bank» - ümumi limit 20 min manat ekvivalentində (11750 dollar), 500 dollara qədər şəxsiyyət vəsiqəsilə, daha artıq məbləğ ərizə doldurmaqla əldə edilə bilər.
«Günay Bank» - ümumi limit 10 min manat ekvivalentinədək (5880 dollar), 500 dollardan yuxarı şəxsiyyət vəsiqəsilə
«Yelo Bank» - ümumi limit 20 min dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsi ilə, daha böyük məbləğdə xüsusi forma doldurulmaqla
«Pakistan Milli Bankı Bakı filialı» - ümummi limit 15 min manat ekvivalentinədək (8823 dollar), 500 dollaradək şəxsiyyət vəsiqəsi, daha yüksək xüsusi blank doldurmaqla
«Ziraat Bank» - ümumi limit 1000 dollar, şəxsiyyət vəsiqəsilə
Naxçıvanbank» - dollar satışı yoxdur
«NBC Bank» - dollar satışı yoxdur.
«Premium Bank» - dollar satışı yoxdur
«Ata Bank» - dollar satışı yoxdur